104 Ukrayna PUA-sı vuruldu

Dünya

29.01.2025 18:24

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya bölgələri üzərində Ukraynanın 104 pilotsuz uçuş aparatını (PUA) vurub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda Kursk vilayəti üzərində 47, Bryansk vilayətinin ərazisində 27 PUA-nın vurulduğu bildirilir. 

Eyni zamanda Smolensk vilayəti üzərində 11, Tver vilayəti üzərində 7, Belqorod vilayəti üzərində 4, Nijni Novqorod və Kaluqa vilayətləri üzərində 3, Rostov və Leninqrad vilayətlərinin hər birində 1 PUA vurulub. 

Nicat Osman

tag: Ukrayna,PUA,Rostov,Vilayət,Todaypress.az,