“100 illik tərəfdaşlığı” müzakirə edildi
Dünya
23.12.2024 17:51
Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Key Starmerlə telefon danışığı zamanı 100 illik tərəfdaşlığa dair ikitərəfli sazişi müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə siyasətçi öz “Telegram” kanalında məlumat verib.
“Böyük Britaniyadan dövlətimizin genişmiqyaslı müdafiə, siyasi və iqtisadi dəstəyinə görə təşəkkür edirik. Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq haqqında sazişdən danışdıq” deyə Ukrayna lideri bildirib.
Zelenski və Starmer Ukraynada silah istehsalını dəstəkləmək və Ukrayna Silahlı Qüvvələri üçün döyüşçülər hazırlamaq planlarını müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynaya 100 il dəstək vəd etmişdi. Diplomat uzunmüddətli perspektivdə Londonun Kiyevi dəstəkləyəcəyinə əmin edib.
Günəş Mərd
tag: Zelenski ,Ukrayna, Prezident, Tərəfdaşlıq, todaypress.az,