100-dən çox ölkə Çin və Braziliyanın sülh planını dəstəklədi
Dünya
27.09.2024 13:27
Ukraynadakı münaqişənin siyasi həlli üçün Çin və Braziliyanın sülh planını dünyanın 110-dan çox ölkəsi dəstəkləyir.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
"Hazırda Çin-Braziliya konsensusu 110-dan çox ölkədən müsbət rəy alıb ki, bu da beynəlxalq ictimaiyyətin ümumi gözləntilərini əks etdirir" deyə XİN rəsmisi qeyd edib.
Çin diplomatının sözlərinə görə, Pekin müvafiq tərəflərlə əlaqə saxlamağa və böhranın siyasi həllini birgə təşviq etməyə hazırdır.
Günəş Mərd
tag: Çin, Braziliya ,Pekin ,Diplomat ,Ukrayna ,todaypress.az,