100-dən çox adam edam edildi
Dünya
20.07.2024 09:06
Səudiyyə Ərəbistanında bu il edam edilənlərin sayı 100-ü keçib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Ər Riyad təxminən üç illik fasilədən sonra 2022-ci ilin sonunda narkotiklə bağlı cinayətlərə görə edamları bərpa edib.
Rəsmi rəqəmlərə görə, bu il qeydə alınan 106 edamdan yeddisi narkotiklə bağlı cinayətlərə görə olub. Hakimiyyət orqanları 2023-cü ildə ən azı 170 nəfəri edam edib.
Qeyd edək ki, ötən il bu rəqəm 74 idi.
Günəş Mərd
tag: Səudiyyə Ərəbistan, Edam, Hakimiyyət, Orqanlar, todaypress.az,