10 uşaq göy öskürəkdən öldü

Dünya

08.08.2024 19:00

Böyük Britaniyada göy öskürək epidemiyası səbəbindən artıq on uşaq dünyasını dəyişib.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.  

2023-cü ilin noyabrından bu günə qədər isə göy öskürəyə yoluxanların sayı 10 min nəfəri ötüb. 

Onların arasında 3 aya qədər olan 300 uşaq da var. Britaniyalı həkimlər epidemiyanın hamilə qadınlardan yeni doğulan uşaqlara ötürülməməsi üçün onlara təcili peyvənd olunmağı tövsiyə edirlər. 

Xəstəliyin pik həddi 2024-cü ilin mayında qeydə alınıb. 

Bu ayın son məlumatlarına görə isə Böyük Britaniyada təxminən 2,5 min insan göy öskürəyə yoluxub.

Günəş Mərd

tag: Böyük Britaniya, Uşaqlar, Göy Öskürək, Xəstəlik,Peyvənd, todaypress.az,