10 min sursat və silahdan ibarət arsenal ələ keçirildi

Dünya

03.10.2024 15:35

Rusiyanın Krasnador vilayətində qanunsuz silah və sursat alveri ilə məşğul olan iki nəfər saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, Primorsk diyarından olan 65 yaşlı qonaq Slavyanski rayonunun sakini ilə əlbir olaraq Rusiyanın bir sıra regionlarında odlu silah və sursatların qanunsuz dövriyyəsini təşkil edib.

Cinayət ortaqları 2,5 min ədəd müxtəlif çaplı patron, tapança və “Qırmızı kitab”a daxil edilmiş Amur pələnginin dərisini satmağa cəhd edərkən saxlanılıb. 

Şübhəlilərin evlərində axtarış zamanı əməliyyatçılar 10 min döyüş sursatı, 15 atıcı silah, pulemyot, partlayıcı maddələr və bir Kedr avtomatı tapıblar. 

Həmin şəxslərə qarşı bir neçə cinayət işi qaldırılıb.

Günəş Mərd

tag: Primorsk ,Rusiya, Slavyanski, Amur ,Cinayət ,todaypress.az,