10 Çin təyyarəsi Tayvana yaxınlaşdı
Dünya
14.01.2025 09:32
Tayvan hərbçiləri adaya yaxınlaşan 10 hərbi təyyarə və 4 Çin Xalq Azadlıq Ordusunun (PLA) gəmisini qeydə alıb.
TodayPress xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Çinin beş təyyarəsi Tayvan və Çinin materik hissəsini ayıran Tayvan boğazında orta xətti keçib.
"Səhər saatlarında biz Tayvan yaxınlığında 10 təyyarə və PLA Hərbi Dəniz Qüvvələrinin dörd gəmisinin fəaliyyət göstərdiyini gördük" deyə məlumatda qeyd olunub.
Beş təyyarənin meridian xətti keçərək şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarında Tayvan hava məkanına daxil olduğu dəqiqləşdirilir.
Qeyd edək ki, bundan öncə yanvarın 13-də səhər saatlarında Tayvan Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun altı təyyarəsi və altı gəmisinin bölgəyə yaxınlaşmasını qeydə alıb.
Günəş Mərd
tag: Tayvan ,Çin ,Təyyarə ,Ordu, todaypress.az,