Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı nəşrlər hədiyyə edildi
Diaspor
04.10.2024 15:05
Manisa Xalq Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı və digər sahələrlə bağlı kitablar, broşürlər, təbliğat-təşviqat materialları hədiyyə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress-ə verilən məlumata görə, kitablar Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarə Heyətinin sədri Şentürk Hoşgülün Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak və Manisa Xalq Kitabxanasının müdiri Ayşin Kibritlə görüşündə təqdim olunub.
Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak kitabxanaya hədiyyə edilən kitablara görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. İki qardaş ölkə arasında mədəni əməkdaşlıqların iki xalq arasında bağların möhkəmlənməsinə və mədəni zənginliklərin paylaşılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
tag: Manisa ,Diaspor ,Kitablar ,Azərbaycan Mədəniyyəti ,Həmrəylik Dərnəyi ,todaypress.az,