Kolorado ştatında yaşayan soydaşlarımız yeni diaspor təşkilatı yaratdılar
Diaspor
06.12.2024 14:40
ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress-ə bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-da tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
tag: Azərbaycan, ABŞ, Təşkilat ,Təsis, todaypress.az,