Azərbaycan Şeffild Universitetində təmsil olundu - FOTO
Diaspor
11.11.2024 18:15
İngiltərənin Şeffild Universitetinin ənənəvi “Ümumdünya Həftəsi”ndə ölkəmiz də təmsil olunub.
TodayPress xəbər verir ki, Azərbaycan guşəsi vasitəsilə xarici tələbələrə ölkəmiz haqqında geniş məlumat verilib, Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar tarixi günlərimizdən bəhs edilib.
Onlarla xarici tələbə Azərbaycan guşəsinə və stendə yaxınlaşaraq maraqlarını ifadə edib, ölkəmizlə bağlı müfəssəl məlumat alıblar. Tədbir zamanı iştirakçılara sualların verilməsi də böyük maraqla qarşılanıb və onların ölkəmizlə bağlı daha dolğun informasiya əldə etmələrinə vəsilə olub.
“Ümumdünya Həftəsi”ndə Azərbaycanın təmsil olunması ölkəmizin tarix və mədəniyyətinin, müasir inkişafının, özünəməxsus dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyıb.
tag: Təhsil, Azərbaycan, Zəfər Günü, Dövlət Bayrağı,Şeffild Universiteti, todaypress.az,