Azərbaycan mətbəxi Yunanıstanda təqdim olundu

Diaspor

01.10.2024 15:20

Yunanıstanın Saloniki şəhərində Plaz Aretsusda meydanında 23-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib. 

Bu barədə TodayPress-ə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.   

Bildirilib ki, hər il 40-dan çox ölkənin mətbəxinin təmsil olunduğu festivala 2000-dən artıq ziyarətçi gəlir.

Festivalda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.

Qeyd edək ki, tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən yunan uşaq evinə ianə edilir.

tag: Yunanıstan,Saloniki,Plaz Aretsus,Xeyirxahlıq üçün qida,Beynəlxalq Qida Festivalı,Qala,todaypress.az,

photo