Zəngilanda beşinci yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
Daxili siyasət
03.10.2024 18:25
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini
qoyub.
TodayPress xəbər verir ki, dövlətimizin
başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi şəhərin
mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi
məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında
yerləşir.
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə
edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu
yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev yaşayış
kompleksinin təməlini qoydu.
***
15.21
Azərbaycan Prezidenti İlham Əliyev
oktyabrın 3-də Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini
qoyub.
tag: Prezident ,İlham Əliyev,Zəngilan ,Təməl ,todaypress.az,