Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə tapşırıqlar verdilər
Daxili siyasət
06.09.2024 11:21
Müdafiə naziri general-polkovnik Zakir
Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı
general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan
bölmələrin hazırlığını yoxlayıb.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
məlumat verilib.
Nazirə məruzə edilib ki, bölmələrdə günün nizam
qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur
və fasiləsiz xidmət aparılır.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri
hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili,
eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında
konkret tapşırıqlar qoyub.
tag: Müdafiə Nazirliyi,Zakir Həsənov, Hikmət, Mirzəyev,todaypress.az,