Zahid Oruc: "Məğlubiyyət keçmişi tarixə qovuşur"
“Mediamızın son 30 ili işğala qarşı mübarizələrə həsr olunmuşdu. İndi məğlubiyyət keçmişi tarixə qovuşur, yeni təqvim, qalib siyasi və mənəvi kimlik yaranır”.
TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada deyib.
“Dağlıq Qarabağ” termini siyasi leksikondan çıxır, əvəzində Zəngəzur və daha böyük strateji hədəflər dövlətimizin, millətimizin və mediamızın müqəddəs məramına çevrilir. Qələbə Platformasında birləşmək möhtəşəmdir!” deyə o qeyd edib.
Qiymət Mahir
tag: STM,Zahid Oruc,Millət vəkili,Dəyirmi masa,Todaypress.az,