Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlandı
Daxili siyasət
02.12.2024 16:37
Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.
TodayPress xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
tag: Bələdiyyə, Seçki,Azərbaycan, MSK, Siyahı, todaypress.az,