YAP seçkilərdə 125 namizədlə iştirak edəcək

Daxili siyasət

17.07.2024 14:00

Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürəcək.

TodayPress bildirir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında bildirilib. 

Partiya bütün dairələrdən namizədlərini irəli sürəcək. Qərar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında qəbul olunub.

İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

tag: YAP, İclas, Milli Məclis, Namizədlər, Seçki, todaypress.az,