XİN Makronun Azərbaycan əleyhinə söylədiyi fikirlərə cavab verdi
Daxili siyasət
26.09.2024 01:42
Fransa
Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında
çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları
şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın
həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst
yanaşmanın növbəti nümunəsidir.
TodayPress xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin BMT Baş Assambleyasında Emmanuel Makronun çıxışı zamanı Azərbaycan əleyhinə söylədiyi fikirləri şərh edərkən deyib.
Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir.
Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın
bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik.
tag: Azərbaycan, XİN, Ermənistan, Fransa, BMT, todaypress.az,