XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
Daxili siyasət
25.09.2024 22:15
Xarici İşlər Nazirliyi
İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
TodayPress
xəbər
verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
"Livan və İsrail
arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust
2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət
etməyin vacib olduğunu diqqətə çatdırırıq. Bununla yanaşı, İsrail ərazisində
xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan
sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi
təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik" məlumatda
deyilir.
Əlaqə vasitələri:
Azərbaycan
Respublikasının İsrail Dövlətindəki Səfirliyi
Azərbaycan
Respublikasının Livan Respublikasındakı Səfirliyi
tag: İsrail, XİN, Livan, Azərbaycan, Xəbərdarlıq, todaypress.az,