XİN: BBC-yə 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutuldu
BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin "BBC" tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir.
TodayPress xəbər verir ki, bunu XİN sözçüsü Ayxan Hacızadə "BBC" tərəfindən 20 fevral tarixində verilmiş bəyanata əsasən, Azərbaycan tərəfi "BBC"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi barədə qərarını şərh edərkən deyib.
O bildirib ki, "BBC"nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə
13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki
nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam
şəkildə qarşı tərəfə izah olunub:
"Azərbaycan
Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və
qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə
bildirilib. Bu çərçivədə aparılımış təhlillər nəticəsində, eləcə də ölkə
qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə
BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas
olmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının “BBC “ yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.
Xatırlatmaq
istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da
verilib".
tag: BBC, XİN, Media, Ayxan Hacıyev,todaypress.az,