XİN başçısı Azərbaycan xalqını təbrik etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Novruz bayramı münasibətilə paylaşım edib.
TodayPress xəbər verir ki, o, bu barədə öz "X" sosial şəbəkə hesabında yazıb.
Paylaşımda deyilir: "Xalqımız tərəfindən hər il böyük sevinclə qeyd olunan bahar bayramı - Novruz bayramı münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırır, ölkəmizə, xalqımıza firavan, ruzi-bərəkətli, xoş əhval-ruhiyyəli günlər arzu edirəm.
Novruz Bayramımız Mübarək!"
Töhfə Səməd
tag: Azərbaycan,XİN,Ceyhun Bayramov,Novruz,Təbrik,Todaypress.az,
