Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Milli Məclisin gündəliyi dəyişib.
TodayPress xəbər verir ki, gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,