Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının açılış oldu - YENİLƏNDİ
Daxili siyasət
20.09.2024 16:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
TodayPress xəbər verir ki, elm və təhsil naziri Emin
Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov dövlətimizin
başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdilər.
Bildirildi ki, universitet şəhərciyində tələbələrin və
əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb.
Prezident İlham Əliyev tələbə yataqxanasında yaradılan
şəraitlə tanış oldu. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil
tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı
təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri
müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət guşələri, yeməkxana
və idman sahəsi də fəaliyyət göstərəcək. Ümumilikdə, 1154 tələbənin yataqxanada
ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.
Qeyd olundu ki, universitet şəhərciyində əməkdaşların
və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə
186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq
avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə
üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə
həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub.
***
13.48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə
yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev,Xankəndi ,Qarabağ Universiteti,Yataqxanalar,Tələbə,todaypress.az,
![photo](/uploads/news/66ed44b646fc5.jpg)
![photo](/uploads/news/66ed44b64717b.jpg)
![photo](/uploads/news/66ed44b6472da.jpg)
![photo](/uploads/news/66ed44b647442.jpg)