Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 21:24
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan
təmir-bərpa işləri ilə tanış olub.
TodayPress xəbər verir ki,
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə
yaradılacaq şərait barədə məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 5 min
kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir.
Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - “lobby
lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.
“Xankəndi” Mehmanxana Kompleksinə aid
olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə
tutulub.
Xankəndinin mərkəzində yerləşən “Bulud”
hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.
**
15:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da
Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış
olub.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Bərpa İşləri, Xankəndi, todaypress.az,