Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 20:18
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1
nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə
məlumat verilib.
Qeyd edək ki,
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi
şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
16:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
tag: Azərbaycan, Prezident ,İlham Əliyev, Xankəndi ,Körpələr Evi, todaypress.az,