Vüqar Zifəroğlu: “Onların əsas məqsədi Azərbaycanın nüfuzunu zəiflətməkdir”

Daxili siyasət

11.10.2024 11:50

"Siyasi ideoloji müstəvidə Azərbaycana qarșı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizlinin təmin edilməsində medianın rolu böyükdür". 

TodayPress xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bunu,  Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən “Müasir mediada yeni trendlər:informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransda bildirib.  

O, Azərbaycana qarşı yayılan dezinformasiyaların əsas istiqamətlərinə diqqət çəkib: 

"Guya Azərbaycan işğaldan azad olunmuş ərazilərdə humanitar problemlər yaradır. Beynəlxalq ictimaiyyəti bu yolla çaşdırmaq istəyirlər. Başqa bir məsələ etnik və dini ayrı-seçkiliklə bağlıdır. Halbuki tolerantlığın bizim tariximizdə özünəməxsus yeri ver.  Azərbaycan ərazisində heç bir etnik ayrı-seçkiliyin şahidi olmamışıq. Bununla bağlı da geniş dezinformasiyalar yayılır. Hətta "elmi konfranslar" keçirilir. Bizə qarşı iqtisadi təzyiqlər və enerji təhlükəsizliyi məsələsi ilə çirkin kampaniyalar aparılır.  Bu istiqamətlərin hər birində başlıca məqsəd Azərbaycanın nüfuzunu zəiflətməkdir". 

V. Zifəroğlu əlavə edib ki, sosial mediada dezinformasiya və manipulyasiya problemi hazırda olduqca aktualdır. Bir dövlət digərinə təzyiq göstərmək istədikdə əvvəlcə onun sosial şəbəkələrinə hücumlar həyata keçirir. Bu istiqamətdə də müəyyən işlər görülməlidir. 

Günəş Mərd

tag: Siyasi,İdeoloji,İnformasiya,Mübarizə,Azərbaycan,Nüfuz,todaypress.az,