Ülvi Mehdiyev: "ASAN" modeli 25 ölkədə öyrənilir

Daxili siyasət

11.03.2025 11:35

1792

"ASAN" Xidmətin yaradılmasının əsas məqsədi vətəndaşlara xidmətlərin rahat və operativ şəkildə çatdırılması olub. Bu model hazırda 25 ölkədə öyrənilir".

TodayPress xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev "ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə "ASAN" Xidmət çərçivəsində bir çox layihələr həyata keçirilib. Xüsusilə, vətəndaşların müxtəlif problemlərinin rahat formada çatdırması üçün "ASAN müraciət" platforması yaradılıb. Artıq 25 mindən çox vətəndaş bu platformaya qeydiyyatdan keçib.

“Beynəlxalq təcrübədə bu cür sistemlər cəmi üç-dörd ölkədə mövcuddur. "ASAN müraciət" öz rahatlığı və funksionallığı ilə demək olar ki, beynəlxalq təcrübədə ən yaxşı bu tipli sistemlərdən biridir. Bu, onu göstərir ki, növbəti illərdə müraciət edənlərin sayı daha da artacaq. "ASAN müraciət"in unikallığı ondadır ki, vətəndaşlar müraciətlərinin gedişatını izləyə, sonda isə xidməti qiymətləndirərək razılıq və ya narazılıqlarını bildirə bilirlər” deyə sədr vurğulayıb.

Türkan İsgəndərli

tag: ASAN,Xidmət,Ülvi Mehdiyev,Müraciət,todaypress.az,