Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiyası yaradılıb.
TodayPress xəbər verir
ki, komissiyanın tərkibinə aşağıdakılar daxildir:
Sədr:
Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Üzvlər:
Şahin Mustafayev – Azərbaycan
Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev – Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev – “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov – Azərbaycan
Respublikasının xarici işlər naziri
Kamran Əliyev – Azərbaycan
Respublikasının baş prokuroru
Vilayət Eyvazov – Azərbaycan
Respublikasının daxili işlər naziri
Əli Nağıyev – Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov -
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan
Respublikasının səhiyyə naziri
Sahil Babayev – Azərbaycan
Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov - Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki
Aviasiya Agentliyinin direktoru.
tag: Prezident,İlham Əliyev,Dövlət komissiyası, AZAL, todaypress.az,