Təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 14 fevral 2025-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
TodayPress xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətinə təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını hazırlayıb Prezident məlumat verməlidir.
tag: Azərbaycan, Prezident ,İlham Əliyev,Bakı ,Fərman,Todaypress.az,