Şuşada Bayraq Meydanının açılışı oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 22:46
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında
iştirak edib.
TodayPress xəbər verir ki, Şuşa
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın
Kərimov dövlətimizin başçısına Bayraq Meydanında görülən işlər barədə məlumat
verib.
Bildirildi ki,
Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında
başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında
Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Bayraq Meydanı
amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların
sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir.
Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə
inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar
ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi
quraşdırılıb.
Qeyd edək ki, Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.
***
16:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
tag: Azərbaycan ,Prezident ,İlham Əliyev, Bayraq Meydanı, Açılış, todaypress.az,