Spiker: “Deputatlar ABŞ ilə sazişlərə xitam verilməsini istəyib”
Daxili siyasət
08.10.2024 11:30
“Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır:
“Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Cənab Prezidentin bir kəlamını xatırladım: “Heç kim bizə heç nə diqtə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.
tag: Milli Məclis, Sahibə Qafarova ,Prezident ,Azərbaycan ,ABŞ, Xitam ,todaypress.az,