Siyavuş Kərimiyə Azərbaycan Prezidentinin fərdi təqaüdü təyin edildi

Daxili siyasət

07.11.2024 21:09

Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.

TodayPress-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənəddə qeyd edilib ki, S.Kərimiyə Prezident təqaüdü onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təyin edilir.

 

tag: Azərbaycan, Prezident, İlham Əliyev, Təqaüd, Siyavuş Kərimli, todaypress.az,