Sektor müdiri: “Ermənilər dezinformasiya yaymaqla məşğuldurlar”
Daxili siyasət
11.10.2024 11:25
"Günümüzün əsas problemi informasiya bolluğunda, düzgün informasiyanı yanlış informasiyadan ayıra bilməməkdir".
TodayPress xəbər verir ki, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə bunu Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransda bildirib.
O, qeyd edib ki, ermənilər, eləcə də bizə qarşı olan digər qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar:
"Xüsusilə də COP29 ərəfəsində bu proses sürətlənəcək. Biz buna hazır olmalıyıq. İdeoloji təxribatlar da davam edir. Buna qarşı dayanıqlı olmaq lazımdır. Bizə qarşı hazırlanan çirkin oyunları işfa etməliyik. Belə bir şəraitdə milli medianın, jurnalistlərin görəcəyi işlər çoxdur. Azərbaycan həqiqətlərini geniş miqyasda yaymaq başlıca prioritet olmalıdır".
O, qeyd edib ki, yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir.
Günəş Mərd
tag: Mətbuat Şurası,Prezident Administrasiyası,Elmir Vəlizadə,informasiya ,COP29,