Seçici fəallığının saatlıq nəticələri açıqlandı - YENİLƏNDİ
Daxili siyasət
01.09.2024 15:50
Azərbaycanda keçirilən
növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı
açıqlanıb.
TodayPress xəbər verir
ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında
bildirib.
Onun sözlərinə görə,
indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə
hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı
6478-dir.
Qeyd edək ki, bu gün Azərbaycan ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar
seçkilər keçirilir.
Parlament seçkiləri
üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə
19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda
990 namizəd mübarizə aparır.
Xatırladaq ki, Azərbaycanda
seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə
6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad
edilmiş ərazilərdə formalaşdırılıb.
XXX
12:30
Azərbaycanda keçirilən
növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı
açıqlanıb.
TodayPress xəbər verir
ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında
bildirib.
İndiyədək seçicilərin
20,39 faizi (1 milyon 309 min 522) səsvermə hüququndan istifadə edib.
O, vurğulayıb ki, hesabat
vermiş məntəqələrin sayı 6478-dir.
XXX
10:49
Azərbaycanda
keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan
seçici fəallığı açıqlanıb.
TodayPress
xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid
Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında
bildirib.
İndiyədək
seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki,
hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Qeyd
edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində
Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Parlament
seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə
isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı
uğrunda 990 namizəd mübarizə aparır.
Xatırladaq
ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir.
Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
tag: Seçki, Parlament,Milli Məclis,Qanunvericilik, todaypress.az,