Salyanda ahıllar da seçkidə fəal iştirak edir
Daxili siyasət
01.09.2024 16:00
“Salyanda yaşlısından
tutmuş ən gənc seçiciyə qədər hər kəs səsvermədə fəal iştirak edir. İnsanlar öz
deputatlarını seçmək üçün səhər saatlarından məntəqələrə üz tutublar”.
Bu sözləri 59 saylı
Salyan seçki dairəsinin 32 saylı seçki məntəqəsinin sədri Kamran Zeynalov TodayPress-ə
danışarkən deyib.
K.Zeynalovun sözlərinə
görə, məntəqələrə yaxınlaşa bilməyən şəxslərin səsvermə haqqını təmin etmək
üçün vətəndaşların evlərinə gedilib. Proses öz axarında davam edir.
Töhfə Səməd
tag: Seçki, Parlament,Milli Məclis,Qanunvericilik, todaypress.az,