Şahin Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Daxili siyasət
11.01.2025 14:14
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
TodayPress xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
tag: Prezident ,İlham Əliyev, Azərbaycan,Orden, todaypress.az,