Röya Tağıyeva “Şərəf”, Tahir Budaqov isə “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Daxili siyasət
31.12.2024 14:02
Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.
TodayPress-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.
Prezidentin digər sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov isə “Şöhrət” ordeni ilə təltif edilib.
O, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sabah Tahir Budaqovun 60 yaşı tamam olur.
tag: Röya Tağıyeva,Şərəf,Orden,İlham Əliyev,Tahir Budaqov,Şöhrət,todaypress.az,