Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi
Dekabrın 4-də Bakıda keçirilən tədbir
zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə
səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması
ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin
müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə
müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir" bəyanatda bildirilir.
tag: Fransa, Bəyanat, ABŞ, XİN, Azərbaycan, todaypress.az,