Rəşad Məcid: “Dezinformasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı danılmazdır”
“Hər Türkiyə, həm Azərbaycan mediası əməkdaşlığa bu cür templə davam etməlidir. Xüsusilə mətbuatın 150 illiyində belə tədbirlərin keçirilməsi Azərbaycan-Türkiyə birliyinin nümunəsidir”.
TodayPress xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.
O, Qərbdə Azərbaycana qarşı başladılan informasiya savaşından söz açıb:
“Qərbin yalan xəbər mediası, Azərbaycana qarşı dezinformasiya yaymaları hər kəsə məlumdur. Bu məsələlərə çevik reaksiya verməliyik. Dezinformasiya sahəsində Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan əməkdaşlıqları danılmazdır”.
R.Məcid qeyd edib ki, türk ailəsi mediada dezinformasiya məsələsində yekdil olmalı, Türk dünyası mediası dövrün ön sıralarında olmalıdır.
Qiymət Mahir
tag: Rəşad Məcid,STM,Tədbir,Türkiyə,Dəyirmi masa,Todaypress.az,