Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

Daxili siyasət

23.09.2024 21:45

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

tag: Zakir Həsənov, Ruslan Jaksılıkov, Qazaxıstan, Azərbaycan, todaypress.az,