Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

Daxili siyasət

01.10.2024 08:01

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər. 


TodayPress xəbər verir ki, Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhrəmanları yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il 1 oktyabr tarixi prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.



Töhfə Səməd

tag: Baş Prokurorluq,Peşə bayramı,Şəhidlər xiyabanı,Kamran Əliyev,todaypress.az,