Prezidentdən Ermənistan rəhbərliyinə XƏBƏRDARLIQ
Daxili siyasət
01.01.2025 00:09
Cənubi Qafqaz sülh, əmin-amanlıq,
əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli
silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza
bilər.
TodayPress xəbər verir ki, bu sözləri Prezident İlham
Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
müraciətində deyib.
Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə olaraq, tamaşaçı
rolunda olmayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz otuzillik
işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. “Ermənistanın
işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha
özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu
təhlükəli yoldan çəkinsinlər” deyən
Prezident əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq
iqtidarında deyil.
tag: Prezident, İlham Əliyev, Ermənistan, Xəbərdarlıq, todaypress.az,