Prezident ziyarətgahda təmir-bərpa işlərinə 550 min manat ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
TodayPress xəbər verir ki, bununla bağlı “President.az” məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
tag: Prezident,İlham Əliyev,Sərəncam,Ziyarətgah,Təmir,Todaypress.az,