Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu - YENİLƏNDİ
Daxili siyasət
03.10.2024 20:44
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış
kompleksinin tikintisi ilə tanış olub.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Qeyd edək ki,
Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu
yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirildi ki,
12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada
104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik
memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış
məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının
yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
***
15:20
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
tag: Prezident ,İlham Əliyev ,Zəngilan ,Yaşayış Kompleksi ,Açılış, todaypress.az,