Prezident Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu- YENİLƏNDİ
Daxili siyasət
03.10.2024 20:33
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan
tikinti işləri ilə tanış olub.
TodayPress xəbər verir ki,
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə
yaradılacaq şərait barədə məlumat verdi.
Qeyd edək ki,
Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq
ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü
il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Hotel binasında
111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı
və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət
kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə
veriləcək.
Hoteldə 70
nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kompleksin
ərazisində üzüm və digər meyvə bağları salınacaq.
Bir sözlə,
müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir
standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün
burada hər cür şərait yaradılacaq.
***
15:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
tag: Prezident ,İlham Əliyev ,Zəngilan ,Tikinti, İşlər ,todaypress.az,