Prezident Xankəndi Dövlət Dram Teatrında görüləcək işlərlə tanış oldu - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 20:26
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının
binasında görüləcək işlərlə tanış olub.
TodayPress xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki,
Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti
tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına
müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini
özündə əks etdirir.
Teatrın binası
XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2
avqust tarixli 132 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilib. Məlum olub ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyacı var.
***
16:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.
tag: Prezident, İlham Əliyev ,Xankəndi ,Dram Teatrı, todaypress.az,