Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Burada yaşamaq üçün bütün
şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu
bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki,
adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün
imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər
yerləşirlər.
TodayPress xəbər verir ki, bu sözləri
Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış
kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Suqovuşanın
İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini
xatırladan dövlətimizin başçısı deyib: “Bu, bizim birinci əhəmiyyətli
uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi”.
tag: İlham Əliyev, Prezident, Suqovuşan, Novruz,Qarabağ,todaypress.az,