Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırdı

Daxili siyasət

01.05.2025 13:47

20

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb. 

TodayPress xəbər verir ki, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub.   

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

tag: Prezident,İlham Əliyev,Qusar,Yol Təmiri,Todaypress.az,