Prezident: “Qəzanın səbəbləri bizə bəlli deyil, məsələ tam araşdırılmalıdır”
Daxili siyasət
25.12.2024 16:27
Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir.
TodayPress xəbər
verir ki, bu barədə Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirədə
bildirilib.
"Mənə verilən
məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə
havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf
uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin
qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın
səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu
barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən
cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın
işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq"
dövlət başçısı deyib.
tag: Prezident,İlham Əliyev, AZAL, Təyyarə qəza, todaypress.az,