Prezident: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq
Daxili siyasət
07.01.2025 20:58
Əgər dünya
iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud
da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf
edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
TodayPress xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına
müsahibəsində söyləyib.
Bu
göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan
dövlətimizin başçısı deyib.
“Uzun illər aparılan
iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların
cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz
beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində
müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər.
Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha
yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq
agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu
deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik
və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
tag: Prezident, İlham Əliyev, Müsahibə, TV,İqtisadi, İslahat, todaypress.az,