Prezident İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak etdi - YENİLƏNDİ - FOTO
Daxili siyasət
07.11.2024 12:11
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni
avtomobil yolunun açılışında iştirak edib.
TodayPress xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki,
Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol
başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah
və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər
uzanır.
Paytaxtda nəqliyyat
axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun
olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.
Layihəyə əsasən
yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa,
yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.
Həm nəqliyyat
vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin
etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti
üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi
quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə
abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun
3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları
quraşdırılıb.
Qeyd edək ki,
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı
nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib
hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son illərdə
bu sahədə çox mühüm uğurlar əldə olunub və yeni layihələrin icrası davam
etdirilir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli
yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir
ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın
rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
***
10.14
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni
avtomobil yolunun açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev, Böyükşor–Pirşağı ,Açılış, todaypress.az,